Fransanın tarixifutbol klublarından “Bordo” cəmi 1 avroya satılıb.
Metbuat.az xəbər verir ki, maliyyə problemləri səbəbindən 6-cı liqaya qədər geriləyən klubun sahibi Jerar Lopes komandanı İngiltərənin “Park Bench” investisiya fonduna simvolik məbləğ qarşılığında təhvil verib. Bildirilir ki, yeni sahiblər klubun 18 milyon avro məbləğində borcunu ödəməli olacaqlar.
Qeyd edək ki, 2009-cu ildə “Bordo” ilə Fransa çempionu olan keçmiş futbolçu Benoit Tremulinas da klub rəhbərliyi ilə əlaqə saxlayıb. O, komandanın əvvəlki uğurlarını bərpa etməsi üçün fədakarlıq göstərməyə hazır olduğunu bildirib.