Türkiyə Futbol Federasiyası (TFF) İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşlarının Riva şəhərciyində yerləşən VAR otağında araşdırma apardığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, araşdırmanın İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirildiyi bildirilib. TFF Hakim İşləri Departamentindəki bəzi rəqəmsal materialların silinməsi və polis əməkdaşlarının həmin məlumatları bərpa etməsi ilə bağlı yayılan iddiaları təkzib edib.
Qurum bu məlumatların həqiqəti əks etdirmədiyini və əsassız olduğunu vurğulayıb. Federasiya davam edən istintaqın sağlam şəkildə aparılması üçün aidiyyəti qurumlarla əməkdaşlıq etdiyini qeyd edib.