Şamaxıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Sabir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində Göylər kənd sakini olan sürücü avtomobillə hərəkətdə olarkən 56 yaşlı piyada, Sabir qəsəbə sakini Elmira Əliyevanı vurub.

Ağır bədən xəsarəti alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.