ABŞ-nin son hərbçiləri İraqdan ayrılıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial mediahesabında paylaşım edib. O, İraqda hərbi mövcudluğun sona çatmasını ABŞ üçün əlamətdar gün adlandırıb və ölkənin bu bataqlığa düşməsinə səbəb olan qərarların uzun müddət davam etdiyini bildirib.Tramp 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə başlayan prosesin öz rəhbərliyi altında başa çatdığını vurğulayıb. O, İŞİD-ə qarşı mübarizədə ABŞ və İraqın qəti qələbə qazandığını iddia edib.
ABŞ lideri Ərbil Hava Bazasında yerləşən hərbçilərin əvvəlki administrasiyanın Əfqanıstandan çıxışı zamanı yaşananlardan fərqli olaraq, nizamlı şəkildə geri çəkildiyini qeyd edib.