Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşən şəxslərin qalıqlarının eyniləşdirilməsi davam edir.
Metbuat.az xəbər ki, bu fikirləri Baş prokuror Kamran Əliyev REAL televiziyasına müsahibəsində bildirib. Kamran Əliyev vurğulayıb ki, bu günədək 900-dən çox itkin şəxsin qalıqları aşkarlanıb. İtkinlərin yaxın qohumlarından DNT nümunələri götürülüb və tapılan qalıqlar laboratoriyalarda yoxlanılır.
Onun sözlərinə görə, Qarabağ müharibələri zamanı ümumilikdə 4 010 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 4 004 nəfəri Birinci, altı nəfəri isə İkinci Qarabağ müharibəsi dövründə itkin düşüb.
Hazırda 328 nəfərin şəxsiyyəti müəyyən edilib, 270-dən çox şəxsin qalıqları isə yaxınlarına təhvil verilərək dəfn olunub.
Kamran Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı araşdırmalar davam etdirilir. Bu istiqamətdə Dövlət Komissiyası, Baş Prokurorluq və beynəlxalq qurumlarla əməkdaşlıq aparılır.