Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo baş məşqçi Joze Jezusun açıqlamalarından sonra yığmanın düşərgəsini tərk edib.
Metbuat.az xəbər verir ki, futbolçu şəxsi təyyarəsi ilə Madridə yollanacaq. Ronaldonun milli komanda karyerasını başa vurması ehtimalı da gündəmə gəlib.
Qeyd edək ki, Joze Jezus mətbuat konfransında Ronaldo ilə aralarında baş tutan söhbətdən danışıb. O bildirib ki, Portuqaliya mətbuatı əslində ciddi problem olmayan məsələ ilə bağlı onu futbolçu ilə danışmağa məcbur edib. Baş məşqçinin sözlərinə görə, Ronaldo ona meydana çıxmalı olsa oynayacağını, ehtiyatda qalacağı təqdirdə isə buna etiraz etməyəcəyini deyib. Jesusun sözlərinə görə, futbolçu məşqçinin qərarlarına qarşı heç bir narazılıq bildirməyib.