İsrail kəşfiyyatından ŞOK: İranlı general qaçırıldı

İsrail kəşfiyyatı Suriyada iranlı generalı qaçıraraq, Afrikaya aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Rai al-Youm” qəzeti məlumat yayıb. İddialara görə, iranlı generalın qaçırılaraq sorğu-sual edilməsində məqsəd 1986-cı ildə itkin düşən İsrail pilotu Ron Aradın yerini öyrənmək olub. Sorğu-sualdan sonra iranlı general sərbəst buraxılıb. Məlumata görə, İsrail kəşfiyyatı pilot barədə məlumat əldə edə bilməyib. İsrailin Baş naziri Naftali Bennet parlamentdəki çıxışı zamanı itkin düşən pilotun yerini öyrənmək üçün əməliyyat təşkil edildiyini təsdiq etsə də, detallar barədə məlumat verməyib.

Qeyd edək ki, Ron Arad Livanda keçirilən əməliyyat zamanı itkin düşüb. Onun İran tərəfindən qaçırıldığı irəli sürülüb. Daha sonra isə onun həlak olduğu barədə məlumatlar yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR