Deputatın meyiti taksidə tapıldı

Ukrayna parlamentinin deputatı Anton Polyakovun cəsədi ötən gecə Ukraynada taksidə tapılıb. Bu barədə Ukrayna polisi məlumat yayıb. Cəsəd Kiyevin Dneprov vilayətində tapılıb.

Metbuat.az xəbər verir ki, ilkin versiyaya görə, taksi ilə gedərkən millət vəkili Polyakov özünü pis hiss etdib və təcili yardım çağırsa da, onun həyatı xilas edilə bilməyib.

İndi polis, millət vəkilinin ölümünün səbəblərini öyrənmək üçün araşdırmaya başlayıb. Baş vermiş insidentlə bağlı cinayyət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR