Mədəniyyət naziri: "Qəbiristanlığın qəsdən dağıdılması bəşəriyyətə qarşı olan bir cinayətdir"

"Torpaqlarımız işğaldan azad olunandan bütün sonra bizdə olan şübhələr özünü doğrultdu. Realılq onu göstərdi ki, bütün şəhərlərimizin infrastrukturu, eyni zamanda tarixi abidələrimiz, qəbiristanlıqlar, təəssüf ki, dağıdılımışdır. Məzarda olan insanların cəsədləri çıxarılmışdır".

Metbuat.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Anadolu agentliyinə müsahibəsində deyib. Nazir bildirib ki, bu bəşəriyyətə qarşı cinayədir, bu hərbi cinayədir :

"Bunu tək biz yox, bunu beynəlxalq ictimaiyyət də bilməlidir və bilir də. Beynəlxalq konvensiyalara görə, hər hansı bir tarixi mədəniyyət abidəsinin, qəbiristanlıqd a daxil olmaqda qəsdən dağıdılması bəşəriyyətə qarşı olan cinayətdir".

Nazir qeyd edib ki, ermənilərin əsas məqsədi minillərlə orada yaşayan azərbaycanlıların izlərinin yox edilməsi olub:

"Ermənilər etnik təmizləmədən sonra, mədəni təmizləmələr aparıblar. Məqsəd orada minillərlə orada yaşayan azərbaycanlıların izlərinin silinməsidir.

Rəsmi statistikaya görə, işğal edilən ərazilərdə dövlət qeydiyyatında 706 tarix mədəniyyət abidəsi olub. Dediyimiz kimi, onların əksəriyyəri bizim tariximizi əks etdirən abidələr - məscidlər, türbələr, qəsrlər və digər buna oxşar tarixi abidələrdir. Monitorinqlərin nəticəsində demək olar ki, həmin abidələrin 95%-nin dağıdılmasının şahidi olmuşuq. Bizi ən çox məyus edən məscidlərimizə olan münasibətdir. Onun da şahidi olduq ki, bütün binalar dağıdıldıqdan sonra məhz məscidlərin saxlanılmasıdır. Məqsəd də ev heyvanlarının - donuz, qoyun saxlanmasıdır. Bu da bilavasitə bizim dini hissiyatlarımızın təhqir edilməsidir."



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR