“Saakaşvilinin həbsi Gürcüstana mənfi təsir göstərəcək” -

Kiyev meri Vitali Kliçko Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini azad etməyə çağırıb.

Metbuat.az xəbər verib ki, bu barədə "Interfaxs" agentliyi məlumat yayıb. Kliçko deyib ki, Saakaşvilini dəmir barmaqlıqlar arxasında saxlamaq yanlış və ədalətsizdir.

"Onu azad etmək üçün hüquqi həll yolları tapılmalıdır. Əgər Mixail həbsdə qalsa bu hadisə Gürcüstana müsbətdən daha çox mənfi təsir göstərəcək. Gürcüstan və hər zaman onu dəstəkləyib. Saakaşvili Gürcüstan və postsovet məkanı üçün Gürcüstanı və bu ölkənin dünyada nüfuzunu kökündən dəyişdirən islahatları təcəssüm etdirən tarixi bir şəxsdir".

Kliçko onu da bildirib ki, "Şübhəsiz ki, Mixail bu yolda çox səhv etdi. Ancaq heç bir şey etməyən şəxs səhv də etmir" deyə Kiyev meri fikirlərinə əlavə edib.

Qeyd edək ki, Ukrayna vətəndaşı Mixail Saakaşvili sentyabrın 29 -da gizli şəkildə Gürcüstana gəlib. O, oktyabrın 1-də Tiflisdə saxlanılıb. Saakaşvili hazırda Rustavi şəhərində həbsxanadadır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər. Saakaşvili isə həbsini qanunsuz hesab edir hətta aclıq aksiyası ilə baş verənlərə bu formada reaksiya verməkdə davam edir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR