Ana adımı torpaqlara yazacam, qayıdışım möhtəşəm olacaq –

Şəhid Salahov Elvin Sabir oğlu 17 sentyabr 2001-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Yasamal rayonu A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. Orta məktəb illərində çalışqan şagird olub, idmana böyük həvəs göstərib, həvəskar boksla məşğul olub, bir müddət rəssamlıqla da məşğul olub.

2015-ci ildə məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirərək Azərbaycan Dövlət Dəmiryolu Lisey-Kollecinə daxil olur. 2019-cu ildə həmin lisey-kolleci müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Liseyi bitirdikdən sonra ali məktəbə imtahan verir. Lakin ödənişli ixtisasa daxil olduğu üçün oxumaq istəmir və oktyabrın 7-də həqiqi hərbi xidmətə yola düşür və XTQ olur. 2020-ci il sentyabr ayında İkinci Qarabağ müharibəsi başlanan andan xüsusi təyinatlı kimi ön cəbhədə döyüşür. Alınan məlumatlara görə Elvin Xocavənd istiqamətində oktyabrın 23-də snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.

Salahov Elvin şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şücaətə görə", "Kəlbəcər"in və "Xocavənd"in azad olunmasına görə medalları ilə təltif olunub.

Metbuat.az şəhid Elvin Salahovla bağlı reportajı təqdim edir:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR