Bakıda avtomobil piyadanı vuraraq öldürdü -

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Aeroport yolunda orta yaşlı kişi (ad və soyadı dəqiqləşdirilir-red) yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçərkən avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Fakt araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR