Saakaşvilinin vəziyyətinin pisləşməsi Gürcüstan hakimiyyətinin

Rustavi həbsxanasında bir aydır aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti xeyli pisləşib.

Metbuat.az xəbər verir ki, bu barədə onun sevgilisi, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib.

Onun sözlərinə görə, Saakaşvili artıq 20 kiloqram arıqlayıb. O qeyd edib ki, siyasətçi hələ də aclıq aksiyasına davam edir.

“Prezident Saakaşvilinin həbsdə olması və vəziyyətinin hər gün pisləşməsi yanlışdır. Ona baxmaq məni incidir. Biz prezidenti azad etməliyik” Yasko belə deyib və baş verənləri Gürcüstan hakimiyyəti üçün böyük biabırçılıq adlandırıb. Parlamentari əlavə edib ki, Kiyev Saakaşvilinin Ukraynaya qaytarılmasında israrlıdır, lakin qərar Gürcüstan hakimiyyətindən asılıdır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR