İmişlidəki 11 yaşlı qızın nənəsi:

"Mən də, yoldaşım da xəstə adamlarıq. Bu saatdan sonra ona baxa bilmərik, gəlinim özü bilsin".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı oxu.az-a 11 yaşında atalığı tərəfindən zorlanan qızın nənəsi deyib. Onun sözlərinə görə, bundan sonra nəvəsinə sahib çıxa bilməzlər.

"Mənim oğlum çox qeyrətli oğlan idi. Kaş onun yerinə mən ölərdim. Sağ olsaydı, yığardı ailəsini başına, baxardı. Belə hadisələr də baş verməzdi. Üç qız böyütmüşəm, evləndirmişəm, heç kim deyə bilməz ki, qızlarım haradan gəldi, haraya getdi. Ana da uşağından bezər heç? Qızının 11 yaşı var, oğlunun 10 yaşı. Oğlan indi bizim yanımızdadır, qız isə Bakıda xəstəxanadadır. Biz bu məsələdən uzaq dayanırıq, heç nə edə bilmərik”.

Qeyd edək ki, İmişlidə zorlanmaya məruz qalan 11 yaşlı qızın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsinə yerləşdirilmişdi. Körpə ötən gün xəstəxanada vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR