x
Loading...

Oksana Şəhriyarla evli olduğunu bu səbəbdən gizlədib - VİDEO

"Evlilik yolunda ilk addım məndən gəldi. Birinci addımı kişi atmalıdır. Artıq hiss etdim ki, bizdə o qığılcım yaranır və etirafımı etdim".

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "Bu ana kimi" verilişində deyib. Oksana isə həyat yoldaşının Şəhiryarın olmasını hər kəsdən gizlətməsinin səbəbini açıqlayıb:

"Bilirsiniz ki, oğlumuz Osman dünyaya gələndən onu heç yerdə göstərməmişdim. Çünki 16 ildir ki, övlad həsrətində yaşayan bir qadınıydım. 16 il müalicələrdən və mücadilələrdən keçmişəm. Bu müddət ərzində həyatımda baş verən hər şeyi hamı bilib, lakin xoşbəxt olmamışam. Bədbəxt də olmamışam. Ən azından həyatda olmuşam, bunun özü də bir xoşbəxtlikdir. Amma sevgi və ailə baxımından özümü heç vaxt tam qadın kimi hiss etməmişdim. İstəmədim şəxsi həyatımla yenidən gündəmə gəlim və müzakirələrə səbəb olum. Əfsuslar olsun ki, Şəhriyarla həyat yoldaşı kimi biri-birimizi çoxdan tapmamışıq".

Qeyd edək ki, Oksana və Şəhriyar oğulları Osmanın üzünü ilk dəfə sözügedən verilişdə göstərib.

Rəqqasə-aktrisa daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahıdır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR