x
Loading...

Kəndin altından gələn səs sakinləri qorxuya saldı: Torpağı qazanda gördülər ki... / İNANILMAZ HADİSƏ / FOTOLAR

Türkiyənin Şanlıurfa vilayətinin Bozova kəndində qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, torpağın altından gələn səs kənd sakinlərində həyəcan yaradıb. Məlumata görə, ərazidə qazıntı işləri aparan sakinlər, üzləşdikləri mənzərə qarşısında heyrətə gəliblər. Onlar bir neçə gündür yoxa çıxan atın kanalizasiyada olduğunun şahidi olublar. Bildirilir ki, atın sərt həmlələri nəticəsində əmələ gələn səs kanalizasiya boşluğunda əks-səda doğurduğu üçün uzaq məsafədən eşidilib.


Bildirilir ki, atın düşdüyü kanalizasiyanın ətrafı beton olduğu üçün atı çıxarmaq olduqca çətin olub. Sakinlər betonu dağıdaraq atın boşluqdan çıxmasına şərait yaradıb.


Baytarın müayinəsi zamanı atın normal olduğu məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR