Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğradı -

Hindistan ordusunun Baş Qərargah rəisi Bipin Ravatın olduğu Mi-17 helikopteri qəzaya uğrayıb.


Metbuat.az xəbər verir ki, bu barədə Hindistan ordusundan açıqlama verilib. Məlumata görə, hadisə Tamil Nadu vilayətində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Helikopterdə olan şəxslərin taleyi barədə açıqlama verilmir. Helikopter yerə çırpılandan sonra alışıb. Helikopterin tamamilə sıradan çıxdığı bildirilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR