Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

XİN-dən Metbuat.az-a verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR