Bakı-Qazax yolunda 12 yaşlı uşaq avtomobil idarə edib

Bakı-Qazax yolunda 12 yaşlı uşaq avtomobil idarə edib

Baş Dövlət Yol Polisi İdarəsindən Metbuat.az-a verilən məlumata görə, DYP əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə yollara nəzarət zamanı Bakı-Qazax magistral yolunda hərəkətdə olan “VAZ 21723” markalı nəqliyyat vasitəsi diqqət çəkib: "Belə ki, sükan arxasında azyaşlının olduğuna dair şübhələr yaranıb və həmin avtomobil Kürdəmir rayonu ərazisində yerləşən stasionar postda yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılıb. Məlum olub ki, avtomobili həqiqətən də 12 yaşlı uşaq idarə edib. Uşağın atası ilə profilaktiki söhbətlər aparılıb və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Valideyn özü də yol verdiyi əməldən peşmanlığını ifadə edib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR