Oğuzda ağır qəza -

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kia" və VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 2 nəfər müxtəlif xəsarətlər alıb, avtomobillər yararsız hala düşüb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR