Qorxulan oldu: Omicron növündən ilk ölüm halı qeydə alındı

Koronavirusun Omicron növündən ilk ölüm halı Böyük Britaniyada qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Boris Conson açıqlama verib. O bildirib ki, koronavirusun qarşısını almaq üçün ən yaxşı vasitə güclü peyvəndlərin qəbul edilməsidir. Baş nazirin sözlərinə görə, Omicron növünün zəif təsirə malik olduğu barədə fikirlərə aldanmaq olmaz. Nazir hamını tədbirli olmağa çağırıb.

Qeyd edək ki, Böyük Britaniyada yoluxanların 40 faizində Omicron növü aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR