Peşə kursları imtahanında uğur qazanan 16 əlil gəncə sertifikat verilib

Peşə kursları imtahanında uğur qazanan 16 əlil gəncə sertifikat verilib
11:13 30 May 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində kompyuter, aşbaz köməkçisi, ağac üzərində oyma, bərbər (kişi və qadın), xalçaçılıq, rəssamlıq, tikiş və toxuculuq kursları üzrə növbəti imtahan keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, imtahanda 25 nəfər əlil gənc iştirak edib. Komissiya tərəfindən öyrəndikləri peşələr üzrə 16 əlil gəncə sertifikat, 2 nəfərə arayış verilməsinə, 7 nəfərin isə kurs müddətlərinin bir ay uzadılmasına qərar verilib.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində əlil gənclər üçün nəzərdə tutulmuş kurslar davam edir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pese_kurslari_imtahaninda_ugur_qazanan_16_elil_gence_sertifikat_verilib-859326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR