2022-ci ildə dünyanı gözləyən 10 RİSK: Virus dalğası bitmədi -

İqtisadi analitiklər bildirirlər ki, qarşıdan gələn 2022-ci ildə dünyada iqtisadi sahədə bir çox problemlərin yaşanacağı il kimi yadda qalacaq.

Məşhur “Bloomberg” saytı, 2022-ci ilin 10 ən böyük iqtisadi riskini sıralayıb.

Metbuat.az həmin detalları təqdim edir:

Koronavirusun yeni variantları

“Bloomberg”in 2022-ci il üçün qlobal proqnozuna əsasən, yoluxucu və təhlükəli vəziyyət yaranarsa, qlobal iqtisadiyyatın dinamikası 2020-ci ilin ikinci rübündəki kimi olacaq, ən həssas sənaye sahələrində 10 faizə qədər azalma müşahidə olunacaq.

ABŞ-da inflyasiyası

Bu ilin əvvəlində iqtisadçılar inflyasiyanı 2 faiz səviyyəsində proqnozlaşdırsalar da hazırda bu məlumatlar 7 faiz ətrafında dövrə edir. Ola bilsin ki, eyni səhv 2022-ci ildə də olsun, lakin hələlik agentliyin modelləri gələn il inflyasiyanın 3 faizə qədər azalacağını proqnozlaşdırır.

Fed siyasəti

Bazarlar üçün sərt Fed siyasəti problem deməkdir. Əgər 2022-ci ildə tənzimləyici uçot dərəcəsini üç dəfə qaldırsa və 2,5 faiz-ə çatmağa hazır olduğunu bəyan edərsə, ABŞ 2023-cü ildə tənəzzüllə qarşılaşacaq.

İnkişaf etməkdə olan bazarların daralması

ABŞ-da daha yüksək faiz dərəcələri dollarla ifadə olunan aktivlərə pul axını və EM-dən çıxış deməkdir. Lakin inkişaf etməkdə olan iqtisadiyyatların bu daşqın qarşısında müxtəlif dərəcədə həssaslığı var. Bu həssasıq Səudiyyə Ərəbistanı və Rusiya üçün minimuma, Argentina, Türkiyə və Braziliya üçünsə maksimuma malikdir.

Çinin problemləri

Əgər Çin hansı variantdan asılı olmayaraq koronavirusa qarşı “sıfır dözümlülük” siyasətinə riayət etməyə davam edərsə o zaman daşınmaz əmlak böhranının ağır nəticələrində onun iqtisadi artımı gələn il baza proqnozunun 5,7 faiz ilə müqayisədə 3%-ə qədər yavaşlaya bilər. Bu, qlobal iqtisadiyyatda “domino effekti”nə səbəb olacaq və FED-in siyasətinə təsir göstərə bilər.

Brexit-in çətinlikləri

Aİ və Böyük Britaniya arasında tam miqyaslı ticarət müharibəsi mümkün deyil, lakin gömrük sərhədlərində problemlər var. Onlar istehlak qiymətlərini daha da artıracaqlar. 2022-ci ildə UBS hesab edir ki, hökumətlər qlobal ÜDM-in təxminən 2,5 faizə qədər dəstəyini geri alacaqlar. Bu amil xüsusilə Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın iqtisadiyyatlarına güclü təsir göstərəcək.

Ərzaq qiymətlərinin artması

Ərzaq əlçatanlığının 2011-ci il Ərəb Baharı böhranı dövründəkindən daha pis olacağını vəd edir. Bu xüsusilə Sudan, Livan və Əlcəzair kimi ölkələrdə baş verəcək. Bütün bunlar makroregionda yeni qeyri-sabitlik riski deməkdir.


Geosiyasət

Əsas kabus ssenarisi supergüclərin müharibəsi sayılacaq. Lakin dünya ABŞ və Çin arasında yeni ticarət müharibəsi və Tayvandan yarımkeçiricilərin tədarükündən başqa yeni böhran görməyəcək. Regional gərginlik potensialı Türkiyə və Braziliyada oktyabr ayında keçiriləcək president seçkilərindən sonra müşahidə edilə bilər.

“Bloomberg” analitikləri onu da bildirir ki, 2020-ci ildə pandemiyanın iqtisadi təsiri demək olar ki, bütün proqnozlardan daha pis olub. Ancaq 2021-ci ildə, bir çox ölkələrdə təəccüblü sürətlə sağalma prosesi baş verdi. Növbəti ildə hər şeyin daha yaxşı və ya daha pis gedəcəyini isə zaman göstərəcəkdir. Çünki bəzən dəqiq proqnozlar belə əks nəticələr göstərə bilir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR