Eddi İsrafilov: "Əla kluba qoşulduğum üçün çox xoşbəxtəm"

"İlk olaraq, keçirdiyim aylara görə İspaniyanın "Luqo" klubuna minnətdaram".

Metbuat.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Eddi İsrafilov şəxsi instaqram hesabında yazıb.

İsrafilov "Neftçi" kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm", deyə yeni komandaya transferini dəyərləndirib.

Qeyd edək ki, Eddi İsrafilov "ağ-qaralar"la 2,5 illik müqavilə imzalayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR