Azərbaycanda son zamanlar "Omikron"a yoluxma artıb

“Bir neçə həftə ərzində “Omikron” ştamı digər növləri sıxışdırıb. Bu gün bu ştam daha çox yayılıb”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Metbuat.az-ın sualına cavabında deyib.

Onun sözlərinə görə, yoluxanların 90 %-in üzərində "Omikron"a yoluxma var:

"Çünki yoluxanların 90 %-in üzərində "Omikron"la əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR