Suqovuşanda avtomatlar aşkarlanıb

Tərtərdə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı rayonun işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən körpülərinin birinin alt hissəsindən 3 ədəd “AKM” markalı avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR