“Bloomberg” səhv etdi:

Nüfuzlu “Bloomberg” agentliyi səhvən "Rusiya Ukraynanı işğal etdi" başlıqlı xəbər dərc edib.

Metbuat.az xəbər verir ki, hadisə cümə günü baş verib. Amma səhvinin fərqinə varan agentlik sonra o xəbəri silib. “Bloomberg” agentliyi bu səhvə aydınlıq gətirən zaman qeyd edib ki, onlar müxtəlif ssenarilər üçün başlıqları öncədən hazırlayırlar və "Rusiya Ukraynanı işğal etdi" başlığı təsadüfən sayta yerləşdirilib.

"Bu səhvə görə dərindən təəssüf edirik" deyə agentliyin açıqlamasında qeyd edilib.

Bloomberg accidentally reports that Russia invaded Ukraine


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR