Xatirə İslamdan KƏSKİN SÖZLƏR: Müğənni boşandısa, vəssalam, deməli...

Oqtay Əliyevdən bu qaxıncı gözləmirdim. Ən azından iki qız atası, gözəl ailə başçısı və bir baba kimi sizə yaraşdırmadım. Boşanmaq Allahın qismətidir. Heç kimi bu hadisədən sığortalanmayıb. Bəzən 30 ilin ailəsi də dağıla bilir. Çox çətin zamana gəlmişik. Hər şey dəyişib. Ana balanın, bala atanın üzünə dayanan bir zamandır. Sabah siz də boşana bilərsiz (Allah eləməsin), mən də... Deməli, ağzımızı açan kimi boşanmağı başımıza qaxınc edib, bizi qohum-əqraba yanında utandıracaqsınız? Bilirsiniz, bu ölkədə minlərlə boşanmış qadın var? Müğənni də adi insandır. O qadınların da taleyində anlaşılmazlıqlar ola bilər və ayrılarlar. Amma bu şeylərə görə qorxudan boşana da bilmirik. Çünki müğənni boşandısa, vəssalam, deməli, günah ondadır. Bu minvalla evdə, ailədə, bayırda olan hər şeyi ürəyimizə salıb xəstəlik tapırıq. Demək olar ki, bütün sənət adamlarının xəstəliyi var.

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam həmkarı Natavan Həbibi ilə "Soy" prodakşının rəhbəri Oqtay Əliyev arasındakı qalmaqala münasibət bildirərkən deyib.

Natavan Həbibini müdafiə edən Xatirə İslam tükürpədici hadisələrin efirdə yayımlanmasını da pisləyib:

"Hansı ki, günlərlə özümüzə gəlmirik. Biri atası ilə yatır, biri qardaşından doğur, biri qaynı ilə sevişir, evdən qaçır, biri doğur atır küçəyə... Bunun hansını sənət adamı edib? Axı nəyi bölə bilmirik? Niyə ölkədə olan başqa problemlərə belə tez reaksiya vermirsiniz? O qədər çatmayan işlər, məsələlər var. Danışın da onlar haqqında da. Gücünüz ancaq yalandan gülüb özünü həm varlı, həm sağlam, həm xoşbəxt göstərən şou əhlinə çatır?

Mənim sizə qarşı mənfi fikrim olmayıb. Sizi istəyən insanam, yaltaqlıq bilirsiniz ki, mənlik deyil. Amma sizi mehribanlığa çağırıram. Gəlin əl-ələ verək bu çətin dönəmdən keçək. Bütün xalq virus içindədir, hər evdə xəstə var. Heç kimə sənətçi və bəzi yalançı efirlər lazım deyil. Hamı canı ilə əlləşir. Hamının efiri çantasındadır. Heç kimi də birliyə çağırmıram. Bu birliyi yaratmağa bizim ömrümüz çatmaz. Sizi mehribanlığa çağırmaq sənət adamlarını birliyə çağırmaqdan asandır".

Məlumat üçün bildirək ki, Oqtay Əliyev Natavan Həbibi haqqında kəskin ifadələr işlədib. Sözügedən qalmaqala səbəb isə Natavan Həbibinin efirlərə qatılmaq üçün telekanal rəhbərlərindən qonorar istəməsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR