Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 929 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 761, buster doza üzrə vaksinasiya olunanların sayı isə 39 274 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 478 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 458, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 764 254, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 446 545 təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR