Ramiz Mehdiyev nəhayət DANIŞDI: “Bunların hamısı boş söhbətdir" -

Xəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Metbuat.az xəbər verir ki, Mehdiyev istefa verməyinə baxmayaraq, bu gün işə gəlib.

"Baku" TV əməkdaşları Ramiz Mehdiyevin həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşub.

Ramiz Mehdiyev bildirib ki, o, dünən istefasını ictimaiyyətə açıqlayıb.

“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimi başında olacam”, – deyə o qeyd edib.

Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir:

"Bunların hamısı boş-boş söhbətlərdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR