Pərvin Baxşəliyevaya

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Agentliyinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Pərvin Baxşəliyeva qurumun Marketinq və tədbirlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl Dövlət Agentliyində koordinator vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR