Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, nazir Ceyhun Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR