Azərbaycanda dəhşətli qəza -

Zaqatalada minik maşını ilə motosiklet toqquşub.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Muxax-Zəyəm avtomobil yolunda baş verib.

Minik avtomobili və qoşqulu motosikletin toqquşması zamanı motosikletdə olan iki nəfər - rayonun Zəyəm kənd sakinləri - 1988-ci il təvəllüdlü Zülfüqar Rasim oğlu İsayev və 1975-ci il təvəllüdlü Məmməd Oruc oğlu Orucov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR