Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 36 569 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 555, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 30 174, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 102 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 756 794, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 283 131, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 773 574, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 508 085, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 192 004 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR