“Bizə müharibə lazım deyil” -

“Regionda yeni reallıqlar yeni imkanlar gətirəcək”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra birgə mətbuat konfransında deyib.

“Azərbaycan sülhsevər gələcəyə qərarlıdır, bizə müharibə lazım deyil, bizə müharibə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa edilməsi məcburi tədbir idi və bu məsələni müharibədən sonrakı mərhələdə siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətimizin daha bir təsdiqidir”, - deyə dövlət başçısı qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR