Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək

Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək.

Metbuat.az xəbər verir ki, məhkəmə açıq dinləmələri 7 və 8 mart tarixlərində baş tutacaq.

Dinləmələr Ukrayna tərəfindən təqdim edilən müraciətə həsr olunacaq. Müraciət Rusiya tərəfindən bu ölkəyə qarşı soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması ilə bağlıdır.

COVID-19 pandemiyası səbəbindən dinləmələr hibrid formatda təşkil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR