Sabirabad, 30 may, Mahir Babayev, AZƏRTAC
Sabirabad rayonunun Axıska, Həşimxanlı və Saatlı rayonunun Bəylər kəndinə təbii qaz verilib. Açılış mərasimlərində rayon icra hakimiyyətlərinin, “Azəriqaz” istehsalat birliyinin təmsilçiləri və ictimayyət nümayəndələri iştirak ediblər.
Axıska kəndində 372, Həşimxanlı kəndində 572, Bəylər kəndində isə 341 abonent təbii qazla təmin olunub. Ümumilikdə adı çəkilən kəndlərə birpilləli sistem əsasında13 kilometr uzunluğunda müxtəlif diametrli metal və polietilen daşıyıcı, habelə məhəllədaxili qaz boruları çəkilib. Hər bir mənzildə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Yaxın vaxtlarda bu rayonlarda daha bir neçə kəndinin qazlaşdırılması prosesi başa çatacaq. Digər kəndlərin də qazlaşdırılması üçün layihələndirmə işləri davam etdirilir.