SON DƏQİQƏ: Xarkovda universitet raketlə vuruldu -

Ukraynanın Xarkov vilayətində universitetə raket zərbəsi edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko Teleqram kanalında yazıb.

Kadrlarda Daxili İşlər İdarəsinin binası ilə üzbəüz küçədə yerləşən Karazin Milli Universitetinin Sosiologiya fakültəsinin binasının necə yandığını görmək olar.

Xəsarət alanlarla bağlı məlumat hələlik açıqlanmayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətindən verilən məlumata görə, yanğın yaşayış binalarına keçib, alovun genişlənmə təhlükəsi var.

"Xilasedicilər hadisə yerində işləyirlər. Həlak olanların və dağıntıların sayı dəqiqləşdirilir. Məlumat yenilənir", - Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR