Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşır -

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquqlarının tam müdafiəsini Ermənistan üçün qeyd-şərtsiz prioritet adlandırıb.

Metbuat.az xəbər verir ki, Paşinyan bəyan edib ki, Azərbaycanla sülh sazişinin bağlanması üçün danışıqlara başlamaq məsələsi gündəmdədir. O, bunu diplomat günü və Ermənistanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə deyib.

"Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə dialoqu başlayıb, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamaq məsələsi gündəmdədir", - Paşinyan ölkənin xarici siyasət vəzifələrinə toxunaraq bildirib.

Bu kontekstdə Ermənistan tərəfi üçün prioritet Dağlıq Qarabağ münaqişəsinin həllidir. İrəvan dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin irəli sürdüyü prinsiplər və elementlər əsasında problemin həllini necə gördüyünü bildirib. O, Ermənistanın hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu məsələ və xarici siyasət gündəliyində duran bir çox digər məsələlərlə bağlı fəal dialoq apardığını vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin 10 noyabrında ikinci Qarabağ müharibəsində hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR