Zelenski 3 dəfə ölümdən xilas olub: Ruslar planın baş tutmasına imkan verməyib -

Son 1 həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub.

Metbuat.az xəbər verir ki, bu barədə Times” nəşri məlumat yayıb. İddialara görə, sui-qəsdin baş tutmamasına səbəb müharibənin əleyhinə olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Ukrayna tərəfinə məlumat verməsi olub. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Nazirliyinin rəsmiləri sui-qəsd planı ilə bağlı müharibəyə qarşı çıxan Rusiya mənbələrindən məlumat aldıqlarını təsdiq ediblər. Məlumata görə, sui-qəsd planını Kiyevdəki Vaqner muzdluları və çeçen xüsusi təyinatlıları həyata keçirməyə cəhd göstəriblər. Lakin ciddi itkilər veriblər.

Ekspertlər hesab edir ki, hər hansı ölkənin prezidentinin öldürülməsi ciddi məsələdir. Rusiya bu üzdən planın həyata keçirilməsini muzdlulara və çeçenlərə tapşırıb. Məqsəd planın baş tutacağı təqdirdə Moskvanın “bizim bu işdən xəbərimiz yoxdur” deyərək məsuliyyətdən yayınmaq istəməsdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR