“​​​“​​​Elona”, birincisi Çeçenistana gəl sonra...” -

Xəbər verdiyimiz kimi, "Tesla” və "SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırıb.

Metbuat.az xəbər verir ki, Putindən öncə Çeçenistan Respublikasının lideri Ramzan Kadırov İlon Maska cavab verib. Kadırov Maskı "Elona" deyə adlandıraraq onu öz gücünü Putin ilə müqayisə etməməyə çağırıb.

Sizə bir məsləhətim var. Gücünüzü Putinin gücü ilə müqayisə etməyin. Siz iki tamamilə fərqli liqadasınız və bu, döyüş sənəti və ya cüdo deyil. Siz boks rinqinin qırmızı küncündəki biznesmen və tvitter istifadəçisi, yoxsa Qərbin və ABŞ-ın heyran olduğu dünya siyasətçisisiniz? Əgər Vladimir Vladimiroviç daha zəif rəqib olan səni məğlub edərsə, bu qeyri-peşəkar görünəcək. Bu vəziyyətdən sonra zərif (qadın) Elonadan amansız Elona keçmək üçün bu əzələlərinizi şişirtməyiniz lazımdır. Buna görə də mən sizə Çeçenistan Respublikasındakı bir neçə mərkəzdən birində təlim keçməyi məsləhət görürəm”.

Kadırovun bu fikirlərinə İlon Maskın cavabı da gecikməyib.

Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə çox üstünlük verə bilər. Əgər Putin döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə edə bilərəm. Baxmayaraq ki, mən heç solaxay da deyiləm”.

Qeyd edək ki, bu söhbətdən sonra İlon Mask adını dəyişdirərək “Elona” yazıb. Görünür, Maskın Twitter-də adı “Elona Musk”dır.

ELON MUSK KADİROV


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR