“Yaponiya ilə sülh mümkün deyil” -

“Yaponiyanın siyasəti sülh müqaviləsini müzakirə etməyə imkan vermir”.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Tokio ilə sülh müqaviləsi bağlamaqdan imtina etməsindən danışarkən bildirib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə əsas sənədin imzalanmasını müzakirə etmək üçün heç bir yol yoxdur:

“Açıqcasına qeyri-dost mövqe tutan və sistemli şəkildə ölkəmizin maraqlarına məqsədyönlü zərər vurmağa çalışan dövlətlə ikitərəfli münasibətlərdə fundamental sənədin imzalanmasını müzakirə etmək mümkün deyil. Belə bir şəraitdə və Yaponiya rəhbərliyinin bu yanaşması ilə müvafiq sənədlərin hazırlanmasından danışmaq mümkün deyil”.

Zaxarova bildirib ki, Moskva Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edir, Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişini dayandırır və Yaponiya ilə birgə əməkdaşlıq yaratmaq üçün dialoqdan geri çəkilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR