Azərbaycanlı hakim seçmə mərhələnin oyunlarına təyinat alıb

Futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan yeni təyinat alıb.

Metbuat.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, dünya çempionatının ilkin seçmə mərhələsinin A qrupunun oyunlarında ədaləti qoruyacaq.

Bu qrupda Almaniya, San Marino, Monteneqro və Cəbəllütariq milli komandaları mübarizə aparacaqlar. Qarşılaşmalar 5 - 10 apreldə Almaniyada təşkil ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR