Lavrovdan mühüm açıqlama:

Ukrayna ilə sülh danışıqlarında irəliləyiş var. Moskva hazırda Ukraynanın təkliflərinə cavab hazırlayır.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov edib. Hindistanda həmkarı ilə görüşdən sonra mətbuata açıqlama verən Lavrov bildirib ki Ukrayna ilə sülh danışıqları davam etməlidir.

Rusiyanın Hindistanla ticarətin həcmini artırıb-artırmayacağı sualını cavablandıran Lavrov deyib ki, hər iki tərəf üçün faydalı, qarşılıqlı hörmətə əsaslanan münasibətlər zəmnində ticari və iqtisadi əlaqələrin qurulması mümkündür.

“Burada təəccüblü heç nə yoxdur. Bizim çox yaxşı münasibətlərimiz var və bu davamlı olacaqdır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri fikrini yekunlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR