Gələn il “Elektron məhkəmə”nin tətbiqi prosesi yekunlaşacaq

Gələn il “Elektron məhkəmə” informasiya sisteminin ölkənin bütün regionlarında tətbiqi təmin ediləcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nı üzrə Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Ədliyyə Nazirliyi Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası ilə birlikdə 2022-2023-cü illərdə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyəti nəzərə alınaraq, “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, sistemin ölkənin bütün regionlarında tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlərin yekunlaşdırılmasını təmin etməlidir.

Beləliklə, “Elektron məhkəmə” informasiya sisteminin ölkənin bütün regionlarında tətbiqinin təmin edilməsi ilə bağlı işlərin tam başa çatdırılması təmin ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR