Zelenskini dəhşətə gətirən görüntülər: "Qanım dondu" -

“Rusiyanın soyqırım törətməyə cəhd etdiyi Buça şəhərindəki görüntülər qanımı dondurdu”.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Rusiya hücumları davam etdirərsə, müzakirələr çətinləşəcək.

Qeyd edək ki, ötən gün Prezident Vladimir Zelenski Buça şəhərinə gedib. Zelenskinin şəhərdəki vəziyyətlə tanış olanda olduqca üzgün olduğu diqqətdən yayınmayıb.

Rusiya ordusunun geri çəkildiyi Buça şəhərində yüzlərlə cəsəd tapılıb. İnsanların işgəncə ilə öldürüldüyü irəli sürülsə də, Rusiya tərəfi görüntülərin saxta olduğunu irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR