“Brent” nefti ucuzlaşıb, WTI isə bahalaşıb

Dünya bazarında neftin qiymətləri fərqli dinamika üzrə dəyişib.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 0,05% azalaraq 1 barelə görə 100,53 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,15% artaraq 96,17 dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR