İsraildə yəhudilərin qeyd etdiyi bayram üçün Çindən göndərilən hədiyyədən dinləmə cihazı çıxıb.
Metbuat.az xəbər verir ki, dərhal hərəkətə keçən İsrail kəşfiyyatı məsələni araşdırmağa başlayıb. İddialara görə, dinləmə cihazının olduğu termos Çinin İsraildəki səfirliyindən İsrailin Elm və Texnologiya nazirliyinə hədiyyə edilib. Kəşfiyyat Çindən gələn bütün hədiyyələri toplamağa başlayıb.
Digər nazirliklərə Çindən və ya digər ölkələrdən gələn hədiyyələrin araşdırılmasına göstəriş verilib.