Qardaşını arvadının gözü önündə öldürdü

Saatlıda qardaşını öldürən şəxsin məhkəməsi başlayır.

Bu barədə Metbuat.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il dekabrın 28-də Saatlı rayonu Qıraqlı kənd sakini, 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin qardaşı, 1968-ci il təvəllüdlü Arif Əliyevin Abdulrəhman Əliyevə məxsus evin girişində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı sonuncunun arvadının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Arif Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR