Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 09.10.2026-cı il tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara ilkin tibbi xidmət göstərilib: "Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".
14:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.
Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.